Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Rekord.az xəbər verir ki, o, UEFA Millətlər Liqasının qrup mərhələsinin III turunda, oktyabrın 11-də keçiriləcək Çexiya – Albaniya oyununun UEFA nümayəndəsi olacaq.

B Liqasının I qrupunun qarşılaşması Praqa şəhərində yerləşən “Etep Arena”da keçiriləcək.