Futbol üzrə Azərbaycan Birinci Divizionunda 2020/21 mövsümünün sonuncu – 27-ci turunun oyun cədvəli məlum olub.

Rekord.az xəbər verir ki, eyni gündə keçiriləcək turun iki görüşü Birinci Divizionun “Youtube” kanalında canlı yayımlanacaq.

Qeyd edək ki, “Neftçi-2” komandasının müraciəti, eləcə də “Zaqatala” klubunun rəsmi razılıq məktubu, Peşəkar Futbol Liqasının isə yekun qərarına əsasən 27-ci turun “Zaqatala” - “Neftçi-2” oyunu Zaqatala OİK stadionunda yox, Türk Hava Yolları təlim-məşq bazasının 4-cü meydançasında keçiriləcək.

Birinci Divizion
27-ci tur

17 may

MOİK – “Turan Tovuz”
Binə qəsəbə stadionu, 14:00 (canlı/pfl.az).

“Qarabağ-2” – “Qaradağ Lökbatan”
Bakı. “ASCO Arena”, 14:00.

“Kəpəz” – “Sabah-2”
Gəncə şəhər stadionu, 15:00.

“Keşlə-2” - “Sumqayıt-2”
Bakı. “ASK Arena”, 16:00.

“Zaqatala” – “Neftçi-2”
Bakı. Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança), 16:30 (canlı/pfl.az).