![photo](https://www.rekord.az/storage/uploads/4/mingecevir5.jpg)
PFL tələb etdi, "Mingəçevir" yerinə yetirdi FOTO
- 04 Sen 2023 10:00
- 635
Yusif Məmmədzadə adına Mingəçevir şəhər stadionu I Liqaya hazırlanır.
Rekord.az xəbər verir ki, PFL-in əsas tələblərindən biri də hakimlər otağı ilə bağlı idi.
Əvvəlki otaq futbolçuların otağı ilə iç-içə olduğu üçün uyğunsuz hesab olunurdu. Məhz bu problemin həlli üçün arenaya sırf hakimlər üçün dəmir vaqon gətirilib. Hakimlər hər cür şəraiti olan bu vaqonda həm geyimlərini dəyişəcək, həm də oyundan sonra yuyuna biləcək.