Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu şəhid övladları üçün növbəti layihəni həyata keçirib.


Rekord.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər arasında imzalanmış memorandum çərçivəsində reallaşdırılan tədbirə əsasən 25 şəhid övladının “Dreamland” kompleksinə səfəri təşkil edilib.


Şəhid övladlarına diqqət və qayğının daha da artırılması, onlar arasında sağlam həyat tərzinin təbliği yönündə baş tutan səfər maraqlı anlarla yadda qalıb. Batut idman növü ilə məşğul olan şəhid övladları fiziki cəhətdən aktiv gün keçirib, müxtəlif əyləncəli və interaktiv oyunlarda iştirak ediblər. Ardınca xüsusi hazırlanmış qidalar qəbul edən uşaqlar xoş anlar yaşayıblar.


Sonda şəhid övladlarına xüsusi hədiyyələr təqdim edilib.