Xerard Pike “Barselona” üçün növbəti dəfə fədakarlıq edib.



Rekord.az xəbər verir ki, “The Atletic” nəşrinin xəbərinə görə, 35 yaşlı müdafiəçi maaşının növbəti dəfə azaldılmasına razılaşıb.

 

“Barselona” La Liqa rəhbərliyinin müəyyən etdiyi maaş və xərclər limitini aşdığına görə yeni transferlərini qeydiyyatdan keçirə bilmir. Rəhbərlik bu səbəbdən yüksək məvacib alan bir neçə oyunçudan maaşının azaldılmasına razılaşmasını xahiş edib. Pike doğma klubuna çətin məqamda kömək edib. Xəbərdə bildirilir ki, onun müddəti 2024-cü ilin yayınadək olan müqaviləsi qüvvədə qalacaq. Razılaşma yalnız onun məvacibinə təsir edəcək.
Qeyd edək ki, “Barselona” bu yay 5 yeni futbolçu alıb. Onlar Andreas Kristensen, Frank Kessi, Robert Levandovski, Jül Kunde və Rafinyadı.