"Barselona"nın futbolçusu Jerar Pike klubun prezidenti Joan Laporta ilə görüşüb.

Rekord.az "Esport3"ə istinadən xəbər verir ki, onlar görüşdə komandanın 2020/21 mövsümündəki nəticələrini müzakirə ediblər.

Həmçinin, tərəflər Pikenin klubdakı gələcəyi ilə bağlı danışıblar. 34 yaşlı müdafiəçi "Barselona"nın maliyyə problemlərini başa düşdüyünü və Laportaya maaşının azaldılmasına razı olduğunu bildirib.

Pikenin klubu ilə hazırkı sözləşməsi 2024-cü ilin yayına qədərdir. İspaniyalı futbolçunun məvacibinin oynadığı matçların sayından asılı olması üçün onunla yenidən müqavilə imzalana bilər.

Qeyd edək ki, Pike başa çatan mövsüm La Liqada 18 matç keçirib.