"Barselona"nın müdafiəçisi Jerar Pike sıx təqvimdən şikayətlənib.

Rekord.az GFNS-ə istinadən xəbər verir ki, o, 2 günlük istirahətlə 5 oyuna çıxacaqlarını bildirib: "Bunu başa düşmürəm. Oyunçuların köməyə ehtiyacı var. Belə bir cədvəli kimin hazırladığını bilmirəm. Niyə şənbə və ya bazar günü yox, bazar ertəsi oynadıq?

Bu, tənqid deyil, oyunçulara necə kömək edə biləcəyiniz barədə düşüncələrdir."Kadiz"lə matçdan 72 saat keçməmiş "Levante", sonra Çempionlar Liqası, ardınca "Atletiko" ilə oyunumuz olacaq. Biz də insanıq. Qarşılaşmanı erkən təşkil etməkdən çətin bir şey yoxdur"