"Barselona"nın futbolçusu Jerar Pike Avropa Superliqası layihəsini tənqid edib.

Rekord.az xəbər verir ki, 34 yaşlı müdafiəçi bu barədə "Mundo Deportivo"ya müsahibəsində danışıb.

O deyib: "Barselona"ın prezidenti (Joan Laporta - red.) özünü elə bir vəziyyətdə tapdı ki, maddi vəziyyəti çox pis olan bir klub ona təhvil verildi. Klub üçün ən yaxşı qərarı da elə o verəcək.

Bir oyunçu kimi Avropa Superliqasının dünya futbolu üçün yaxşı layihə olmadığını düşünürəm. Futbol üçün istədiyimiz budur?

"Sevilya" , "Valensiya" , "Everton" , "Lester" və "Napoli" kimi klubların yox olmasını istəyirikmi ? Axı, belə bir turnirlə onların dəyəri sıfıra enəcəkdi".

Avropa Superliqasının yaradıcısı olan 12 klubdan 10-u artıq layihədən ayrılıb. Fikrindən daşınmayan 2 klub isə "Real" və "Barselona"dır.