“Barselona”nın futbolçuları Jerar Pike ilə Antonio Qrizmann arasında qalmaqal yaşanıb.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hadisə dünən PSJ-yə qarşı keçirilən Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında (1:4) baş verib.

Stadion boş olduğundan emosional futbolçuların səsi mikrofona düşüb. Bu zaman hər iki oyunçu bir-birinin ünvanına ağır söyüşlər yağdırıb.

Hesabda geri düşərkən futbolçular arasında ağır təhqirlə müşahidə olunan dialoq yaşanıb:

Pike: “Çox rahatlaşmışıq. Özünə gəl”

Qrizmann: “Sakit ol, az qışqır”.

Pike: “Dəli kimi qaçırıq”.

Qrizmann: “Mən qaçıram”.

Pike: “Düz əməlli top saxlaya bilmirik”.

Qrizzman: “Bəsdi, Jerar, sakitləş”. 

Pike: Təngə gəlirəm...

Qrizmann: Get ... (ağır söyüş)

Pike: Sən özün ... (ağır söyüş)

Qrizmann: Anqırma.