"Barselona"nın müdafiəçisi Jerar Pike La Liqanın 1-ci turunda "Real Sosyedad"a 4:2 hesabı ilə qalib gəldikləri matçı şərh edib.

Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, Lionel Messinin komandadan ayrılmasından sonra Kataloniya klubunun ilk görüşü haqda bunları deyib: "Messinin gedişindən sonra belə qələbə komandaya inam verir. Çox həyəcanlıyıq.

Təbii ki, indi hər şey Messinin komandada oynadığı vaxtla fərqli olacaq. Ancaq düşünürəm ki, bu mövsüm titul uğrunda mübarizə aparacaq qədər güclü komandamız var. Bu oyunda buna doğru ilk addımı atdıq".