“Avro-2020”də yarımfinala gəlmək böyük uğurdur. Düşünmürəm ki, turnirin ən yaxşı komandası artıq buradadır. Penaltilər seriyası bəzən çox qəddər olur. Komandamıza çoxlu təşəkkür”.

Rekord.az xəbər verir ki, bu sözləri “Barselona”nın futbolçusu Jerar Pike “Avro-2020”nin İtaliya – İspaniya matçından sonra deyib. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan bu görüşün penaltilər seriyasında İspaniya uduzaraq (2:4) finala adlaya bilməyib.

Millinin sabiq oyunçusu olan Pike penaltilər seriyasında barədə fikirlərini açıqlayıb: “Avro-2020”dəki və Amerika kubokundakı dörd penalti seriyasında zərbəni birinci vuran komanda qalib gəlib. Statistika göstərir ki, ilk penalti vurmaq hüququ qazanan komanda qalib olmaq şansı daha çoxdur. Belə səviyyəli turnirlərdəki bu tip püşklər komandalar üçün ədalətli olmur”.