"Yuventus"un vitse-prezidenti Pavel Nedved baş məşqçi Andrea Pirlo və futbolçu Kriştiano Ronaldo ilə yollarını ayıracaqları haqqında yayılan iddialara aydınlıq gətirib. 

Rekord.az İtaliya mətbuatına istinadən xəbər verir ki, klub rəsmisi belə bir fikirdə olmadıqlarını deyib: "Ronaldo "Yuventus"da qalacaq. O, toxunulmazdır. Andrea Pirloya gəlincə isə o, gələn mövsümdə də bizim baş məşqçimiz olacaq".

Qeyd edək ki, Turin təmsilçisinin Pirlonun fəaliyyətindən narazı olduğu, Ronaldonun isə yayda ya "Mançester Yunayted", ya da "Real"a keçəcəyi barədə xəbərlər yayılmışdı.