Pirlo yeni maaacəra yaşamaq istəyir
- 18 Avq 2021 16:15
- 489
"Xaricdə işləmək istərdim. Üç il ABŞ-da keçirdim. Buna görə ingilis dilində danışığımda heç bir problemim yoxdur. Fransızca da danışıram. İstənilən yerə gedə biləcəyimi hiss edirəm".
Rekord.az xəbər verir ki, bu sözləri "Yuventus"un sabiq baş məşqçisi Andrea Pirlo "The Atletic"ə açıqlamasında deyib.
42 yaşlı italiyalı mütəxəssis xarici çempionatlarda çıxış edən komandalarda işləmək istədiyini bildirib:
"Çox fərqli məşqçiləri izləyirəm. Hər kəsdən yeni şeylər öyrənə bilərsiniz. Matçlara baxıram. Məşqləri onlayn izləyirəm. Səyahət şərtləri asanlaşanda oyunları canlı izləməyə gedəcəyəm.
PSJ-nin baş məşqçisi Maurisio Poçettino ilə İbizada tətildə tanış oldum və o, Parisdə qalmağımı təklif etdi. Əgər bacarsam, Mançesterə getmək, Qvardiola ilə görüşmək istərdim. Yeni macəra yaşamağa hazıram".
Qeyd edək ki, Pirlo bu ilin may ayında istefaya göndərilib.