Pley-off oyunları ilə bağlı yekun qərar hüquqi məsələlərin həllindən sonra veriləcək
- 24 May 2024 18:40
- 213
2024/2025 mövsümündə Azərbaycanın I Liqasında çıxış etmək uğrunda cari mövsüm I Liqada 9-cu yeri tutan klubla II Liqada 2-ci olan komanda arasında keçirilməli olan pley-off qarşılaşmaları ilə bağlı müəyyən hüquqi məsələlərin həllindən sonra yekun qərar veriləcək.
Rekord.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
2024/2025 mövsümündə II Liqada çıxış etmək üçün cari mövsüm II Liqada 13-cü yeri tutan komanda ilə AFFA Region Liqasının finalçısı arasında pley-off matçları isə əvvəlcədən nəzərdə tutulduğu kimi mayın 29-da və iyunun 4-də gerçəkləşəcək.
Qeyd edək ki, I Liqanı 27 xalla səkkizinci pillədə başa vuran "İrəvan" yarışdan kənarlaşdırıla bilər.