Pley-offa vəsiqə qazanan komandalar müəyyənləşdi
- 15 Apr 2023 22:03
- 355
Bu gün "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 26-cı turunun iki oyunu baş tutub.
Rekord.az xəbər verir ki, günün ilk oyununda çempionatın liderləri - "Sabah" və NTD komandaları üz-üzə gəliblər.
Son dəqiqəyə qədər davam edən mübarizənin sonunda "Sabah" basketbolçuları 75:70 hesablı qələbə qazanaraq, turnir cədvəlinin ilk pilləsinə yüksəliblər.
Ən məhsuldar basketbolçular “Sabah”dan Entoni Patti (17 xal, 12 ribaund), NTD-dən isə Londel Kinq (23 xal, 10 ribaund) olublar.
Günün ikinci oyunu "AAAF Xırdalan" və "Sərhədçi" basketbolçuları arasında keçirilib. Bu önəmli oyunda 96:89 hesablı qələbə qazanan "AAAF Xırdalan" pley-off mərhələsinə vəsiqəni təmin edib.
Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"da Devin Pullum (27 xal, 3 ribaund), "Sərhədçi"də isə Trevor Blekmon (27 xal, 9 ribaund) olublar.
Bu nəticələrdən sonra "Sabah", NTD, "Gəncə" və "AAAF Xırdalan" pley-off mərhələsinə vəsiqəni təmin ediblər.