
Pley-offun daha bir iştirakçısı bəlli oldu
- 14 Apr 2025 17:00
- 71
Azərbaycan Basketbol Liqasında pley-offa vəsiqə qazanan daha bir komanda bəlli olub.
Rekord.az xəbər verir ki, "Ordu" bu raundda iştirak hüququ əldə edib.
"Hərbçilər" pley-in mərhələsinin ikinci oyununda "Quba"nı üstələyib - 92:88. Komanda ilk matçda da qalib gəlmişdi - 91:83.
Bu gün NTD və "Abşeron" kollektivləri münasibətlərə aydınlıq gətirəcəklər. Matç Sərhədçi İdman Mərkəzində, saat 18:00-da başlayacaq. Birinci dueldə "Abşeron" qələbə qazanıb - 88:74.
Saat 21:00-da eyni arenada "Sərhədçi" "Sumqayıt"ın müqavimətini qırmağa çalışacaq. İlk görüşdə birincilər inamlı qalibiyyət əldə edib - 123:97.
Qeyd edək ki, pley-in mərhələsində iki qələbə əldə edən komanda pley-offa vəsiqə qazanacaq. Daha əvvəl "Gəncə" "Lənkəran"ı (96:92, 100:74) üstələyərək bu mərhələdə iştirak hüququ qazanıb.