Poçettino PSJ-də qalası oldu
- 02 İyn 2021 18:00
- 610
PSJ baş məşqçisi Maurisio Poçettino ilə müqaviləni uzadıb.
Rekord.az xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Argentinalı çalışdırıcınını sözləşməsi avtomatik yenilənib. Paytaxt klubu 49 yaşlı mütəxəssislə müqaviləni daha 1 illik uzatmaq seçimini aktivləşdirib. Buna görə də onun 2022-ci ilin yayınadək olan müqaviləsi 2023-cü ilin yayınadək uzadılıb.
Qeyd edək ki, Poçettino PSJ-ni bu ilin yanvar ayından çalışdırır. Bir müddət əvvəl klub rəhbərliyinin onun işindən narazı olduğu haqda xəbərlər yayılmışdı.