Asif Abdullayev adına Ağstafa şəhər 2 saylı tam orta məktəbində yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi məqsədi ilə “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon çoxnövçülüyü üzrə Ağstafa rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, rayon birinciliyində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun, Ağstafa Təhsil Sektorunun , Əfqanıstan Müharibəsi Veteranları ictimai birliyinin rayon şöbəsinin məsul şəxsləri iştirak ediblər.

Açılış mərasimində Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin Ağstafa rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Turan Hüseynov, Ağstafa Təhsil Sektorunun metodisti Qarabağ Müharibəsinin veteranı Afiq Salifov, Əməkdar müəllim Yaşar İsgəndərov çıxış edərək qeyd ediblər ki, “Vətənin Müdafiəsinə Hazıram” Poliatlon çoxnövçülüyü üzrə yarışların keçirilməsində əsas məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına kömək göstərməkdən ibarətdir. Gərgin mübarizə şəraitində keçən rayon birinciliyində aşağıda qeyd olunan komandalar yüksək nəticə əldə ediblər.

H.Əlizadə adına Köçəsgər kənd 1 saylı tam orta məktəbin komandası I -ci yeri tutaraq zona mərhələsinə vəsiqə qazanmışdır.

Asif Abdullayev adına şəhər 2 saylı tam orta məktəbin komandası II -ci yeri.

Xal hesablarının bərabərliyinə görə

Fəxri Nağıyev adına Tatlı kənd tam orta məktəbinin komandası III-cü yer

Xıdır İsmayılov adına Eynallı kənd tam orta məktəbin komandası III-cü yeri tutublar.

Yarışın sonunda qalib komandalara Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin diplomları təqdim olunub.