Polisi öldürmək istəyən azarkeşə 7.5 illik həbs cəzası verildi
- 07 İyn 2020 12:20
- 572
Rumıniyanın “Universitatya Kluj” klubunun azarkeşi Vidrean Trayan 7.5 il həbs cəzasına məhkum edilib.
Rekord.az "Reuters"ə istinadən xəbər verir ki, rumıniyalı fanat polisi öldürməyə cəhd etdiyi üçün belə cəza ilə üzləşib.
Həbsdən əlavə azarkeşə 18 min avro cərimə tətbiq olunub. Onun məhkəmənin qərarı ilə bağlı şikayət vermək hüququ var.
Qeyd edək ki, cinayət hadisəsi 2019-cu ilin iyununda bu komandanın əsas liqaya vəsiqə uğrunda "Hermannştadt" ilə oyununda baş verib. Qarşılaşma "Universitatya Kluj"un 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komanda cavab görüşündə 1:0 hesablı qələbə qazansa da, ikinci liqada qalıb.
Matçdan sonra "Universitatya Kluj"un azarkeşləri ilə polis arasında toqquşma baş verib. İğtişaşlar zamanı Vidrean Trayan oturacaqla polisin başına vurub. Xəsarət nəticəsində polisin başından qan açılıb və o, huşunu itirib.