"Qarabağ"ın futbolçusu Mahir Emrelinin mümkün transferi Polşanın yüksək liqa təmsilçisi "Rakuv"un hələ də gündəmindədir.

Rekord.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Marek Papşun TVP SPORT-a müsahibəsində deyib.

O, millimizin üzvünün transfer məsələsinin indi də aktual olduğunu bildirib: "Mən belə düşünürəm. Amma siyahımızda 8-9 hücumçunun adı var. Odur ki, hər şey mümkündür".