Estoniya millisinin Polşanın "Odra" klubunda çıxış edən futbolçusu Artur Pikk Tallində Azərbaycan yığmasına qarşı keçirəcəkləri UEFA Millətlər Liqasının matçını buraxa bilər.

Futbolinfo.az xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Yurgen Henn mətbuat konfransında məlumat verib.

Mütəxəssis müdafiəçinin bazar günü Polşa çempionatının oyununda topuğundan zədə aldığını bildirib:

"Zədənin miqyası hələlik dəqiq deyil. Onun vaxta ehtiyacı var. Bu gün müayinə olunacaq. Daha sonra durumuna tam aydınlıq gələcək".

Estoniya - Azərbaycan qarşılaşması oktyabrın 11-də, Bakı vaxtı ilə saat 20:00-da “Lilleküla” stadionunda keçiriləcək.