Polşa mətbuatı (dziennikpolski24) Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Legiya" (Polşa) - "Qarabağ" oyunundan öncə məqalə dərc edib.

Rekord.az xəbər verir ki, nəşr "Qarabağ"ın erməni işğalında olan torpaqları təmsil etdiyi barədə yazıb:

"Legiya"nın rəqibinin rəsmi adı "Qarabağ" olsa da, bu ölkənin jurnalistləri, azarkeşləri "Qarabağ Ağdam" adlandırırlar.

Bir zamanlar bu komandada "Legiya"nın kapitanı olmuş Yakub Jezniçak da çıxış edib, Çempionlar Liqasının qrupunda mübarizə aparıb. "Qarabağ" ev oyunlarını təmsil etdiyi Ağdamda deyil, Bakıda keçirir.

Çünki Ağdam şəhəri ermənilərlə toqquşma nəticəsində tamamilə xarabalığa çevrildi və indi şəhərdə cəmi bir məscid var. Bir vaxtlar Ağdamda 150 min isan yaşayırdı, indi isə bu rəqəm 360-dır.

1993-cü ildə Ermənistan ordusu heç bir hüququ olmadan bu şəhərə daxil oldu və işğal etdi. Ağdam azərbaycanlıların dərin xatirəsidir. Bir neçə gün əvvəl yenə tərəflər arasında münasibət alovlandı. Hər iki ölkədə hərbi vəziyyət elan olunub.