Polşa millisinin Avro-2020 üçün genişləndirilmiş heyəti açıqlanıb.

Rekord.az ölkənin Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, baş məşqçi Paulu Soza komandanın tərkibinə adları aşağıda qeyd olunmuş oyunçuları daxil edib:

Qapıçılar: Lukaş Fabyanski ("Vest Hem", İngiltərə), Voytsex Şesni ("Yuventus", İtaliya), Radoslav Maetski ("Legiya"), Lukaş Skorupski ("Bolonya", İtaliya)

Müdafiəçilər: Yan Bednarek ("Sautgempton", İngiltərə), Bartoş Vereşinski ("Sampdoriya", İtaliya), Pavel Davidoviç ("Verona". İtaliya), Kamil Qlik ("Benevento", İtaliya), Mixal Helik (" "Barnsli", İngiltərə), Tomaş Kendzyora ("Dinamo" Kiyev, Ukrayna), Kamil Piatkovski ("Zaltsburq", Avstiriya), Timoteuş Puxaç ("Lex"), Matsey Rıbus ("Lokomotiv" Moskva, Rusiya)

Yarımmüdafiəçilər: Pşemıslav Frankovski ("Çikaqo Fayr", ABŞ), Kamil Yuzvyak ("Derbi Kaunti", İngiltərə), Mateuş Klih ("Utrext", Niderland), Kasper Kozlovski ("Paqon"), Qjeqoj Krikovyak ("Lokomotiv" Moskva, Rusiya), Karol Linetti ("Torino", İtaliya), Yakub Moder ("Lex"), Przemyslav Plaçeta ("Norviç", İngiltərə), Pyotr Zelinski ("Udineze", İtaliya)

Hücumçular: Robert Levandovski ("Bavariya", Almaniya), Arkadiuş Milik ("Marsel, Fransa), Karol Sviderski, (PAOK, Yunanıstan), David Kovnatski ("Fortuna", Almaniya), Yakub Svierczok ("Pyast")

Qeyd edək ki, Polşa millisi Slovakiya, İspaniya və İsveçlə birlikdə E qrupunda mübarizə aparacaq.