Polşa və Estoniya Rusiya və Belarusa görə konqresi boykot etdi
- 08 Okt 2022 16:20
- 404
Polşa və Estoniya Gimnastika Federasiyaları Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Konqresində iştirakdan imtina edib.
Rekord.az xəbər verir ki, qərar Rusiya və Belarusun nümayəndə heyətləri toplantıya qəbul olunacağına görə verilib.
Daha əvvəl Norveç və Ukrayna da FIG Konqresini boykot etdiyini açıqlayıb.
Konqres noyabrın 11-12-də İstanbulda keçiriləcək. FIG martda Ukraynadakı vəziyyətlə bağlı Rusiya idmançılarının turnirlərdə iştirakını qadağan edib.