![photo](https://www.rekord.az/storage/uploads/5/pyontek-3.jpg)
Polşa yığmasının hücumçusu Super Liqa klubunda
- 19 İyl 2023 18:20
- 267
“Başakşəhər” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Polşa yığmasının və Almaniyanın “Herta” klubunun hücumçusu Kşiştof Pyonteki heyətinə qatıb.
28 yaşlı forvardla 3 illik müqavilə imzalanıb. O, “Başakşəhər”də 9 nömrəli formanı geyinəcək.
Pyontek 2020-ci ildən oynadığı “Herta”da 58 oyuna 13 qol vurub. O, son iki mövsümü icarə əsasında İtaliyada - “Fiorentina” və “Salernitana” komandalarında keçirib. Dha öncə bu ölkədə “Milan” və “Cenoa”nın da uğurları üçün çalışmış forvard Polşa yığmasında 27 oyuna 11 qol vurub.