DÇ-2022-nin seçmə mərhələsinin 3-cü turunda İngiltərə ilə qarşılaşacaq Polşa yığması ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, komandanın hücumçusu Robert Levandovski zədəli olduğu üçün bu matçı buraxacaq.

32 yaşlı futbolçu 10-12 gün yaşıl meydanlardan uzaq qalacaq.

Levandovski dubl etdiyi Andorra ilə matçda (3:0) zədələnib.

İngiltərə – Polşa matçı martın 31-i keçiriləcək.