Polşalı azarkeş xəstəxanalıq oldu, digərini Almaniya polisi döydü
- 22 İyn 2024 14:30
- 165
Berlin polisi AÇ-2024-ün qrup mərhələsinin 2-ci turunun Avstriya ilə oyunundan (1:3) əvvəl Polşa millisinin azarkeşi döyüb.
Rekord.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, hadisədən əvvəl polşalı azarkeş hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə atıb. Polis isə azarkeşin çənəsinə yumruq vurub.
Polşa - Avstriya (1:3) matçının keçirildiyi Berlindəki Olimpiya stadionunda daha bir azarkeş ağır xəsarət alıb. Belə ki, Polşa millisinin azarkeşi üç metrdən çox hündürlükdən yıxılaraq ağır xəsarətlər alıb. O, huşunu itirib, daha sonra müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya aparılıb.
Xatırladaq ki, Polşa millisi AÇ-2024 qrupundan çıxmaq şansını itirən ilk komanda olub.