“Yenə qol vəziyyətlərindən yararlanmadı, top uğrunda mübarizə apara bilmədi”.

Rekord.az xəbər verir ki, Polşa mediası Mahir Emreli haqda belə yazıb.

Onun çıxış etdiyi "Legiya" Polşa çempionatının 13-cü turunda "Poqon"u öz meydanında qəbul edib. Qarşılaşma qonaqların 2:0 hesablı qələbəsiylə başa çatıb.

Emreli bu görüşün iştirakçısı olub. 24 yaşlı hücumçu oyuna start heyətdə başlayıb və 61-ci dəqiqədə əvəzlənib. 13 turdan sonra 9 xal toplayan "Legiya" turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Varşava təmsilçisi 2 oyun az keçirib. Yerli KİV millimizin hücumçusunun Tomaş Pekartın formadan uzaq düşməsindən lazımınca yararlana bilmədiyi qənaətindədir:

“O, tez-tez təslim olurdu, praktiki olaraq meydanda deyildi. Oyanmaq və qol yollarında təsirli olmaq vaxtıdır. “Legiya”nın təcili güclü hücumçuya ehtiyacı var”.