İngiltərənin “Mançester Yunayted” klubu zədəli futbolçuları ilə bağlı məlumat yayıb.

Rekord.az xəbər verir ki, “qırmızı şeytanlar”ın rəsmi saytı yarımmüdafiəçi Pol Poqba və hücumçu Markus Reşfordun tam olaraq sağaldığını qeyd edib.

Xəbərdə hər iki futbolçunun hazırda fiziki formasını bərpa etməklə məşğul olduğu diqqətə çatdırılıb. Poqba və Reşfordun koronavirus pandemiyasına görə dayandırılmış Premyer Liqanın bərpasına qədər tam hazır olması gözlənilir.

Baş məşqçi Ule Qunnar Sulşer də yetirmələrinin durumu ilə bağlı danışıb. O, hər iki oyunçunun hazırda komanda ilə birgə hazırlıq keçdiyini təsdiqləyib.