“İnter” maraq doğuran sponsorluq təklifi alıb.

Rekord.az xəbər verir ki, porno sayt – “Stripchat” “İnter”ə sponsorluq təklifi göndərib.

Milan nəhəngi bu təklifi qəbul etsə, ildə 23 milyon avro qazanacaq.

“İnter” bir müddətdir ki, yeni sponsor axtarışındadır. Klubun 30 milyon avroluq müqaviləyə “yox” deməyəcəyi bildirilir.

Maraqlıdır ki, “İnter”in sahibi “Suning” kompaniyası da sponsor axtarır. Kompaniyanın 200 milyon avroya ehtiyacının olduğu bildirilir.
“Stripchat” saytına ayda 240 milyon insan daxil olur.