Almaniyada təşkil olunan Avropa çempionatının final mərhələsinin I turu çərçivəsində F qrupunda baş tutan Portuqaliya - Çexiya matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Portuqaliya millisinin üzvü Vitinya matçın ən yaxşı oyunçusu adına layiq görülüb.

Qarşılaşma Portuqaliya millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.