Azərbaycan millisi Portuqaliya ilə oyundan xal götürsə, milli üzvləri böyük miqdarda mükafat alacaq.

Rekord.az-a daxil olan məlumata görə, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Turində futbolçularla söhbət zamanı bu mesajı onlara verib.

Məbləğ açıqlanmasa da, sızan məlumatlara görə, 1 xal təqdirində hər futbolçunun 30-40 min manata yaxın mükafat alacağı gözlənilir.