Portuqaliya ilə oyun üçün millimizə daha bir futbolçu çağırıldı
- 05 Sen 2021 22:06
- 557
DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət olunub.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyev millinin heyətinə qoşulub.
Qeyd edək ki, Azərbaycan - Portuqaliya matçı sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək.