DÇ-2022-nin seçmə mərhələsində baş tutan Azərbaycan - Portuqaliya qarşılaşmasından sonra rəqib ölkənin mətbuatında oyunla bağlı xeyli xəbər paylaşılıb.

Rekord.az xəbər verir ki, onlardan birində görüşün "ən yaxşı" və "ən pis" futbolçuları təqdim olunub.

Təbii ki, 3:0 hesablı qələbədə böyük pay sahibi olan Joao Kanselo, Bruno Fernandeş, Bernardo Silva, Andre Silva və Joao Moutinyonu "ən yaxşılar", Rafael Gerreyronu isə "ən pis" oyunçu lövhəsində görüb xəbərin yalnız Portuqaliya yığmasına aid olduğunu düşündük. Lakin son sırada millimizin üzvünün adını oxuduqdan sonra məlumatı dəqiq tərcümə etməyə qərar verdik.

Portuqaliya mediası oyunun "ən pis"i kimi yığmamızın futbolçusu Təmkin Xəlilzadənin də adını çəkib. Həmkarlarımız "Zirə"nin oyunçusuna müraciət edərək, "Köməyə ehtiyacın var?" sualını veriblər.
 

Portuqaliya mətbuatı Təmkin Xəlilzadə ilə məzələndi



"Zerozero.pt" saytı Təmkinin oyunu haqda bu sözləri yazıb:
 

"Kanselo və Bernardo Silvanı cinahda tuta bilməyən oyunçu haqda nəsə deməyə ehtiyac yoxdu. İlk yarının sonunda əvəzlənən futbolçu üzərinə düşən heç bir vəzifəni yerinə yetirə bilmədi".