Portuqaliya millisi AÇ-2020-də
- 18 Noy 2019 01:43
- 871
Bu gün AÇ-2020-nin seçmə mərhələsinin sonuncu – 10-cu turuna start verilib.
Rekord.az xəbər verir ki, ilk oyun günündə 7 qarşılaşma baş tutub.
B qrupunda yer alan Portuqaliya millisi səfərdə Lüksemburqun qonağı olub. Portuqallar bu qarşılaşmada qələbə qazanacağı halda, AÇ-2020-nin əsas mərhələsinə vəsiqə qazanacaqdı. İki cavabsız qol vuran Portuqaliya millisi bu istəyinə çatıb. Qrupun digər oyununda Serbiya Ukrayna ilə üz-üzə gəlib. Dörd qolun qeydə alındığı bu qarşılaşmada isə qalib müəyyənləşməyib.
H qrupunda Fransa Albaniyanın, Türkiyə isə Andorranın qonağı olub. Hər iki oyunda qonaqlar inamlı qələbəyə seviniblər. Moldova isə doğma meydanda İslandiyaya uduzub.
AÇ-2020-nin seçmə mərhələsi
17 noyabr
B qrupu
Lüksemburq – Portuqaliya 0:2
Qol: B.Fernandes, 39. Ronaldo, 86.
Serbiya – Ukrayna 2:2
Qol: Tadiç, 9. Mitroviç, 56 – Yaremçuk, 32. Besyedin, 90+3.
Ukrayna – 20, Portuqaliya – 17, Serbiya – 14, Lüksemburq – 4, Litva – 1.
A qrupu
Bolqarıstan - Çexiya 1:0
Qol: Bojikov, 56.
Kosovo - İngiltərə 0:4
Qol: Vinks, 32. H.Keyn, 79. Reşford, 83. Mount, 90+1
İngiltərə – 21, Çexiya – 15, Kosovo – 11, Bolqarıstan – 6, Monteneqro – 3.
H qrupu
Andorra - Türkiyə 0:2
Qol: E.Ünal, 17; 21-pen.
Albaniya - Fransa 0:2
Qol: Tolisso, 9; Qrizmann, 30.
Moldova - İslandiya 1:2
Qol: Milinçeanu, 56 – Byarnason, 17. Siqurdsson, 65.
Fransa – 25, Türkiyə – 23, İslandiya – 19, Albaniya – 13, Andorra – 4, Moldova – 3.