Portuqaliya millisi ilə Bakıya gələsi olmadı
- 01 Sen 2021 14:41
- 629
Portuqaliya millisinin futbolçusu Qonsalu İnasio DÇ-2020-nin seçmə mərhələsinin sentyabrda keçiriləcək oyunlarını buraxacaq.
Rekord.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun zədələnməsidir.
"Sportinq"in 20 yaşlı müdafiəçisinin adı heyətdən çıxarılıb.
Qeyd edək ki, Portuqaliya sentyabrın 1-də İrlandiyanı qəbul edəcək, sentyabrın 7-i isə səfərdə Azərbaycanla qarşılaşacaq.