Portuqaliya millisi Ronaldosuz qaldı
- 05 Sen 2020 20:40
- 884
Futbol üzrə UEFA Millətlər Liqasının 1-ci turu çərçivəsində Xorvatiya millisi ilə qarşılaşacaq Portuqaliya yığması ciddi itki ilə üzləşib.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo bu matçda iştirak edə bilməyəcək.
Bunu millinin baş məşqçisi Fernando Santos da təsdiqləyib: “Ronaldonun bu oyuna tam hazır olacağını deyə bilmərəm. Məşqlərdə yaxşı idi, amma çərşənbə günü sağ ayaq barmaqlarından biri arı vurubmuş kimi idi. Bu infeksiyanın nə vaxt sağalacağını bilmirik”.
Bu gün keçiriləcək Portuqaliya – Xorvatiya matçına saat 22:45-də start veriləcək.