DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya və Azərbaycanla qarşılaşacaq Portuqaliya yığmasının heyətində dəyişiklik baş verib.

Rekord.az xəbər verir ki, İngiltərənin “Lester Siti” klubunda çıxış edən müdafiəçi Rikardo Pereyra zədə səbəbindən heyətdən çıxarılıb. 

Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Pereyranın əvəzinə milliyə “Vulverhempton”dan Nelson Semedo çağırılıb.

Portuqaliya millisi sentyabrın 1-də İrlandiyanı qəbul edəcək. Azərbaycanla oyun isə sentyabrın 7-də Bakıda baş tutacaq.