PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisi Portuqaliya millisi və "Benfika"nın hücumçusu Qonsalo Ramosu icarəyə götürüb.

22 yaşlı forvardla 1 illik müqavilə imzalanıb. PSJ gələn ilin yayında gənc oyunçunu birdəfəlik transfer edəcək.

Ramos indiyədək "Benfika"nın heyətində 105 oyuna 41 qol vurub. Hücumçu 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında 4 matçda meydana çıxıb və 3 qola imza atıb.