Portuqaliya millisinin sabiq futbolçusu Ruben Semedo paytaxt Lissabonda saxlanılıb.


Rekord.az "Correio da Manh" nəşrinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Hor" klubuna məxsus olan 30 yaşlı müdafiəçi ailədaxili zoraxılıqda şübhəli bilinərək tutulub.


Oyunçu dekabrın 29-da sevgilisinə hücum edib və onu zorla bir neçə saat evdə saxlayıb. Daha sonra həmin qız xəstəxanaya yerləşdirilib.


Semedo 2021-ci ildə azyaşlı qıza təcavüzdə ittiham edilib. O, 2018-ci ilin fevralında isə İspaniyadakı gecə klubunun əməkdaşını silahla hədələdikdən sonra həbs edilmişdi. Semedo girov müqabilində həbsxanadan azadlığa buraxılıb.