Portuqaliya millisinin sabiq üzvü karyerasını başa vurdu
- 09 Dek 2024 10:43
- 99
Portuqaliya millisinin və İngiltərə təmsilçisi "Mançester Yunayted"in sabiq futbolçusu Luiş Nani karyerasını başa vurub.
Rekord.az xəbər verir ki, bu barədə 38 yaşlı yarımmüdafiəçi özü sosial şəbəkə hesabında məlumat yayıb.
Nani karyerasına ölkəsinin “Sportinq” klububda başlayıb, Daha sonra “Mançester Yunayted”ə transfer olunub. O, həmçinin "Fənərbaxça" (Türkiyə),"Valensiya" (İspaniya), "Latsio" (İtaliya) və "Adana Dəmirspor" (Türkiyə) kimi klublarda çıxış edib. Nani 2016-cı ildə Avropa çempionu olduğu Portuqaliya millisində 112 oyun keçirib.