Portuqaliya Superkubokunun oyunu keçirilib.

Rekord.az xəbər verir ki, həlledici matçda son ölkə çempionu "Benfika" son ölkə kubokunun qalibi "Portu" ilə qarşılaşıb. Matç "Benfika"nın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Benfika" tarixində 9-cu dəfə ölkə superkubokunu qazanıb və bu göstəricidə "Sportinq"i geridə qoyub. Portuqaliya Superkubokunu qazanmaqda rekordçu 23 kubokla "Portu"dur.