DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya və Azərbaycanla qarşılaşacaq Portuqaliya yığması itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, millinin müdafiəçisi Qonsalo İnasio zədələnib.

Bu barədə Portuqaliya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. “Sportinq” klubunda çıxış edən 20 yaşlı futbolçu heyətdən çıxarılıb.

Portuqaliya millisində bundan əvvəl Rikardo Pereyra zədə səbəbindən heyətdən çıxarılmışdı.

Portuqaliya millisi sentyabrın 1-də İrlandiyanı qəbul edəcək. Azərbaycanla oyun isə sentyabrın 7-də Bakıda olacaq.