Futbol üzrə Portuqaliya çempionatında 2020/21 mövsümünün qalibi müəyyənləşib.

Rekord.az xəbər verir ki, çempionatının 32-ci turunda doğma meydanda “Boavişta”ya 1:0 hesabıyla qalib gələn “Sportinq” çempion olub.

Sözügedən komanda bu qələbədən sonra 82 xalla zirvədə qərarlaşıb. “Sportinq”in ən yaxın izləyicisi “Portu” isə 74 xalla ikincidir. Nəticədə “Sportinq” sona iki tur qalmış çempionluğunu rəsmiləşdirib.

Bu, “Sportinq”in Portuqaliya çempionatında 19-cu qələbəsidir. Sözügedən komanda sonuncu dəfə 2001/02 mövsümündə Portuqaliya çempionu olmuşdu. Bu ölkənin ən çox çempion olan komandası isə “Benfika”dır - 37 dəfə! İkinci yerdə 29 çempionluğu olan “Portu”, sonra isə “Sportinq” gəlir.