Portuqaliyada karantinə alınmış Azərbaycan cüdoçuları Bakıya qayıtdı
- 09 Fev 2022 17:00
- 560
Portuqaliyada karantinə alınmış Azərbaycan millisinin cüdoçuları ölkəyə qayıdıb. Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, COVID-19 testləri müsbət çıxmış heyət üzvlərindən 5 nəfəri fevralın 3-də, 3 nəfəri isə bu gün müalicələrini və təcrid müddətlərini başa vuraraq Bakıya gəliblər.
Xatırladaq ki, 28-30 yanvar 2022-ci tarixlərində Portuqaliya qran-prisində iştirak etmək üçün adıçəkilən ölkənin Almada şəhərinə yollanan millimizin bəzi üzvlərində PCR testinin nəticələri pozitiv olduğu üçün onlar yarışlara buraxılmamış və təcrid olunmuşdular.