Portuqaliyadan gələn futbolçu "Qarabağ"ın düşərgəsinə qoşuldu?
- 09 İyl 2021 11:00
- 752
"Qarabağ" uzun müddətdir axtarışında olduğu əcnəbi hücumçusuna qovuşub.
Rekord.az-ın əldə etdiyi məlumata görə, Portuqaliya yüksək liqa təmsilçisi “Vitoriya”nın forvardı Abdul-Aziz Yakubu komandanın Avstriyadakı təlim-məşq toplanışına qoşulub.
23 yaşlı qanalı ilə danışıqların son detalları razılaşdırılan kimi klub transferi rəsmən açıqlayacaq.
Abdul-Aziz Yakubu ötən mövsümü icarə əsasında “Eştoril”də keçirib. “Qarabağ” ona qədər Kadi Borqes və Ramil Şeydayevlə heyətini gücləndirib.
Afrikalının 4 illik müqavilə imzalayacağı gözlənilir. "Vitoriya" Azizin "Qarabağ"a keçidinə görə təxminən 1 milyon avro qazanacaq.
O, son mövsümü icarə əsasında Portuqaliyanın II liqasında çıxış edən "Eştoril"də oynayıb.
34 oyunda 15 qol vuraraq komandanın əsas çempionata vəsiqə qazanmasına yardımçı olub. Hücumçu ilə Azərbaycandan “Neftçi" də maraqlanıb.