![photo](https://www.rekord.az/storage/uploads/5/5571f14e-946a-3838-8cf4-7dd5c00772a4-850.jpg)
Portuqaliyalı mütəxəssis BƏƏ millisinin baş məşqçisi oldu
- 10 İyl 2023 15:30
- 268
Portuqaliyalı baş məşqçisi Paulo Bentonun yeni iş yeri müəyyənləşib.
Rekord.az xəbər verir ki, 54 yaşlı mütəxəssis Birləşmiş Ərəb Əmirlikləri millisinə rəhbərlik edəcək.
Bu barədə ölkənin futbol assosiasiyası məlumat yayıb.
Onun müqaviləsinin müddəti 2026-cı ilədək qüvvədədir. Qurum Bentudan yığmanın DÇ-2026-ya vəsiqə qazanmasını istəyib.
Qeyd edək ki, Paulo Bento son olaraq Cənubi Koreya seçməsinin sükanı arxasında olub. Komanda onun rəhbərliyi altında DÇ-2022-nin 1/8 final mərhələsində Braziliyaya 1:4 hesabı ilə uduzub.