Bu gün İngiltərə Premyer Liqasında 2019/20 mövsümünə yekun vurulacaq.

Rekord.az xəbər verir ki, 38-ci turda Çempionlar Liqasının qrupunda birbaşa oynamaq hüququ verən 4-cü vəsiqənin sahibi bəlli olacaq. Bu vəsiqəyə üç komanda ("Mançester Yunayted",  "Çelsi"  və "Lester") iddiasını davam etdirir.

Hazırda "MY" və "Çelsi" 63 xalla 3-4, "Lester" isə 62 xalla 5-ci yeri tutur.

Son turda "Lester" "Mançester Yunayted"i, "Çelsi" isə "Vulverhempton"u qəbul edəcək. Oyunlar Bakı vaxtı ilə saat 19.00-da başlanacaq.

Əgər "Lester" qalib gəlsə, "Çelsi" isə heç-heçə etsə, bu halda ÇL-də sonuncu vəsiqələr bu iki komandaya qismət olacaq, "MY" isə Avroliqaya gedəcək.