![photo](https://www.rekord.az/storage/uploads/4/affa-6.jpg)
Premyer Liqa klublarına 800 manatlıq cərimə
- 06 Apr 2021 19:01
- 677
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Rekord.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Səbail” - “Zirə” oyununda topdaşıyan şəxslərin yaş həddi pozulduğu üçün meydan sahibi klub 800 manat cərimə olunub. “Zirə”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Sabah” - “Qəbələ” oyununda “Sabah”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
“Neftçi” - “Sumqayıt” oyununda “Neftçi”nin 8 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.