Premyer Liqa klublarına hazırlıq oyunları keçirməyə icazə verildi
- 03 İyn 2020 16:20
- 659
İngiltərə Premyer Liqası koronavirus səbəbiylə dayandırılan çempionatın bərpasından əvvəl komandalara hazırlıq oyunları keçirməyə icazə verib.
Rekord.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, qurum, futbolçuların formalarını bərpa etmələrinə kömək məqsədilə belə qərar verib.
Premyer Liqa 17 iyundan qaldığı yerdən davam edəcək.